18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Eşitmisinizsə, doğrudu”
Türkiyə yığmasının yarımmüdafiəçisi Əmrə Mor yeni macəraya yelkən açıb. Emtv.az apasport.az -a istinadən xəbər verir ki, gənc futbolçu bu dəfə yaşıl meydanlarda yox, ondan kənardakı həyatı ilə gündəmdədi.
Belə ki, 20 yaşlı oyunçunun adı türkiyəli model Cansu Taşkınla birgə hallanır. Kriştianu Ronaldo ilə sosial şəbəkədə yazışması ilə məşhurlaşan Taşkına bu dəfə Əmrə göz qoyub. 25 yaşlı model Dortmund “Borussiya”sının üzvünün ona yaxınlıq etməsi ilə bağlı sualı təsdiqləyib: “Eşitmisinizsə, doğrudu. Əlavə bir şey deməyim”.
Türkiyədə seriala da çəkilən aktrisa Ronaldo ilə artıq yazışmadığını əlavə edib: “Ronaldo ilə əlaqə saxlamıram. Onsuz da, onun həyatında bir qadın var. Məni bir dəfə Madridə, bir dəfə də Londona dəvət etmişdi, ancaq getməmişdim. Çünki bir gələcəyi yoxdu. Bir dəfə görüşəcəyim şəxslə münasibət qurmaram. Müntəzəm əlaqəm olsaydı, gedərdim”.
Qeyd edək ki, 2015-ci ildə “Miss Model Of The World” yarışında Türkiyəni təmsil edən Cansu Taşkın instaqramın fenomenlərindəndi.