18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yeniyetmə güləşçilərin Avropa çempionatı yeni qaydalarla keçiriləcək
İyulun 24-dən 30-dək Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcəklər.
Emtv.az xəbər verir ki, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, yarış qaydalarında edilən bəzi dəyişikliklər burada test ediləcək.
Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək.
Proqrama əsasən, iyulun 24-26-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) mübarizə aparacaqlar.
İyulun 26-28-də böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında 8 qız güləşçimiz – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Elnurə Məmmədova (52 kq), Jalə Əliyeva (56 kq) və Alina Zakoyeva (60 kq) çempion adı uğrunda yarışacaq.
Sonuncu 3 yarış günü, yəni iyulun 28-30-da yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev rəhbərlik etdiyi heyətdə Həzrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Rüfət Məmmədov (85 kq) və Sərxan Məmmədov (100 kq) yer alıblar.
Beynəxalq dərəcəli hakim Qərib Əliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.
Emtv.az