17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
JURNALİST ADI İLƏ HƏDİYYƏ OLUNAN PULSUZ EV - 150 MİNƏ SATIŞA ÇIXARILDI
Jurnalist ona dövlət tərəfindən hədiyyə edilən evi satışa çıxarıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan “dashinmazemlak.az” saytında bu barədə elan yerləşdirilib. Elanda 3 otaqlı mənzilin 150 min manata satıldığı qeyd olunub.
“Bakı şəhəri, Səbail rayonu, metro Sahil, Bayıl qəsəbəsi, Su İdman Kompleksi (Bibiheybət məsçidi) yaxınlığında 2-yol qırağında jurnalistlər binasının 18-ci mərtəbənin 9-da yerləşən yeni tikili binanın sahəsi 85.2 kvm olan 3-otaqlı mənzili satılır. Evdə yaşamağ üçün hər bir şərait var : istilik sistemi kombi, işıq, su, qaz daimidir KUPÇASI VAR. EV BOŞ VERİLİR!!!. 150000 start qiymətdir”- deyə elanda yazılıb.
Qeyd edək ki, elanı jurnalist Murad Əliyev öz feysbuk səhifəsində paylaşıb. Həmkarlarını təbrik edən jurnalist bunları qeyd edib: “Jurnalistlər binasında mənzil sahibi olan həmkarlarımızı təbrik edirəm! Xoş günlər nəsibiniz olsun! İnşallah ki, yeni binaya qonaq gələn zaman pakistanlı kirayənişinlər və yaxud saytları gəzərkən belə elanlar rastımıza çıxmayacaq”.
Emtv.az