18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Qəbələ” klubu səfərdə Polşa komandasına qalib gələrək Avropa Liqasının növbəti mərhələsinə adlayıb
“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşıb.
Emtv.az xəbər verir ki, Belostok şəhər stadionunda keçirilən və Rumıniyadan olan hakimlər briqadasının idarə etdiyi görüş “Qəbələ”nin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Baş hakim Konstantin Sebastyan Kolteskunun idarə etdiyi matçın 18-ci dəqiqəsində “Qəbələ” klubu oyunda hesabı açıb. Polşa təmsilçisinin qapısından topu İlqar Qurbanov keçirib.
Oyunun ilk hissəsi 1:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib.
İkinci hissəyə daha fəal başlayan Polşa komandasının futbolçuları bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Buna rəqib futbolçuların qeyri-dəqiqliyi, “Qəbələ”nin qapıçısının və müdafiəçilərinin inamlı oyunu mane olub.
Nəhayət 89-cu dəqiqədə rəqibini əks-hücumda yaxalayan “Qəbələ” hesab arasındakı fərqi ikiyə çatdırıb. Cavid Hüseynovun məhsuldar ötürməsindən sonra Filip Ozobiç fərqlənib.
Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb – 2:0.
Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından və Roman Qriqorçukun yetirmələri səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etdiyindən ümumi nəticədə komandamız növbəti mərhələyə adlayıb.
Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Avroliqanın üçüncü təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" kollektivi ilə üz-üzə gələcək.
Bu mərhələnin ilk oyunu iyulun 27-də Yunanıstanda, cavab matçı avqustun 3-də Bakıda olacaq.
Emtv.az