SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Oğlum "Porsche Cayenne”ni icarəyə götürüb" - Piyadanın üstündən keçən şəxsin rəis atasından açıqlama

19-07-2017, 14:04 | Oxunub: 9 587 |

"Oğlum "Porsche Cayenne”ni icarəyə götürüb" - Piyadanın üstündən keçən şəxsin rəis atasından açıqlama
Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov oğlu 24 yaşlı Əhəd Kərimovun qəza törətməsindən danışıb.

Emtv.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı oğlu hazırda istintaqa ifadə verir: "Əvvəla oğlum icarəyə götürdüyü "Porsche Cayenne” markalı avtomobillə qəza törədib. O gecə işə gedən zaman hadisə baş verib. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb bunun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiz.
Hazırda oğlum istintaqa ifadə verir. Mən özüm iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək”.


Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus "Hyundai ix20” markalı avtomobil var: "Bunu gedib yoxlatdıra da bilərlər.”

Qeyd edək ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü "Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Digər məlumata görə, "Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR