SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

XİN:Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadəsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir

19-07-2017, 13:58 | Oxunub: 4 763 |

XİN:Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadəsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir
“Ermənistanın su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə etməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir".

Emtv.az xəbər verir ki, bunu apa-ya Xarici İşlər Naziyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, rəsmi Yerevanın bu siyasəti Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur.

“Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir. Ermənistanın ekologiya nazirinin müavini Erik Qriroryanın məhz Azərbaycana su axınının qarşısını almaq üçün Ermənistandan Araz çayına axan su resurslarının məhdudlaşdırılması barədə açıqlaması Ermənistanın sudan ekoloji terror və təhdid kimi istifadə etməsini bir daha sübut edir. Bu baxımdan Ermənistan sivil davranış və öhdəliklərdən boyun qaçırmaq üçün “Su Konvensiyası” adı ilə tanınan “Transsərhəd su axınları və beynəlxalq göllərin mühafizəsi Konvensiyası”na (Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes) qoşulmaqdan nümayişkarcasına imtina edir. Buna baxmayaraq, Ermənistanın Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydaları, BMT Baş assambleyasının transsərhəd sular haqqında qanuna dair qətnaməsi (The law of transboundary aquifers), Avropa Şurası Parlament Assambleyasının Avropada transsərhəd su hövzələri haqqında qətnaməsi və digər beynəlxalq sənədlər üzrə öhdəlikləri var” – deyə, o bildirib.

H. Hacıyev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası 2016-cı il qış sessiyasında məxsusi olaraq “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul edib və bu qətnamədə Ermənistanın sərhədyanı çaylara və işğal olunmuş ərazilərimizdəki Sərsəng su anbarına münasibətdə yürütdüyü siyasəti ekoloji terror kimi qiymətləndirilib: “Bu sənədlərə əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Ermənistanın ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarda davamlı olaraq qaldırılır. Ermənistan tərəfinin son açıqlaması da aidiyyəti beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR