SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Aydın Əliyev türk iş adamlarına səsləndi – “Bu cür hallara yol verməyin”

18-07-2017, 13:09 | Oxunub: 5 089 |

Aydın Əliyev türk iş adamlarına səsləndi –  “Bu cür hallara yol verməyin”
“Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir”.

Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır.


“Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrin də bu səviyyədə qurulmasını istərdik”, – deyə A. Əliyev bildirib.

Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: “Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, “Yaşıl”, “Sarı”, “Qırmızı” dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb”.

Qurum rəhbəri son zamanlar iki ölkə arasında gömrük sahəsində müşahidə olunan problemlərə də toxunub: “Türkiyə məhsullarının Azərbaycana ixracı zamanı bir sıra problemlər olur ki, bu da ikili invoysların tətbiqi ilə bağlıdır. Bunun tətbiq edənlər gömrük vergi və rüsumlarından yayınmaq istəyir. Lakin biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq. Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarına tövsiyə edin”.

A. Əliyev Türkiyənin dünyaca məşhur şirkətlərini də Azərbaycana investisiya yatırmağa dəvət edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR