SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

17-07-2017, 15:37 | Oxunub: 8 672 |

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Seymində olub.

Emtv.az-ın apa-ya istinadən məlumatına görə, prezident İlham Əliyevi Latviya Seyminin sədri İnara Murnietse qarşılayıb.

İnara Murnietse Seymin bir qrup deputatını prezident İlham Əliyevə təqdim edib.

Latviya Seyminin sədri prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verib və iclas zalı ilə tanış edib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlət başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzalayıb.

Daha sonra prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü olub.

Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğulayıb.


Öz növbəsində, prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirib. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışıb. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Latviyanın uğurla əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunub, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğulayıb.

Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirib. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirib, qeyd edib ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.

Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışıb, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirib.


Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir" - YENİLƏNİB


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR