18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Benzin ajiotajı: "Cənab prezident, nəqliyyat, ərzaq, tərəvəz yenə bahalaşır"
Benzinin qiymətinin qalxması aşağı təbəqədə ajiotaj yaradıb
İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, ictimai nəqliyyatda, ərzaq məhsullarında, gündəlik tələbat olan mallarda bahalaşma gözlənilir.
Ekspertlər də həyəcan təbili çalmağa başlayıblar və bahalaşma dalğasının gələcəyini söyləyirlər. Artıq ilk qiymət artımı taksilərdə qeydə alınıb.
Şəhərdaxili və Sumqayıta işləyən taksi şoferləri 50 qəpik artım ediblər. Yaxın vaxtlarda bazarlardada bahalaşma olacağı xəbər verilir.
Ölkədə növbəti devalvasiya olmasa da, benzinin qalxması bütün sahələrə təsir etməkdədir. Prezident isə məmurlara tapşırıb ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq.
İqtisadçı Samir Əliyev bildirib ki, qiymət artımı üçün əsas yoxdur: “Yeganə əsas SOCAR-ın vəsaitləri səmərəsiz xərcləməsi və sürətli borclanmaya getməsidir. 98 və 95 markalı yanacağın qiyməti sərbəstləşib.
SOCAR-dan tələb olunan 92 markalı benzin və dizel yanacağının maya dəyərinin şişməsinə imkan verməmək idi. Bunu da edə bilmədi.
Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi. Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək”.
İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, benzinin qiymətindəki son cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək.
Belə olan halda da qiymətlərin ümumi səviyyəsi xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq.
Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq.
Dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşdığı indiki dövrdə Azərbaycanda benzinin qiymətindəki artım onun dollarla ifadəsində qonşu dövlətlərlə müqayisədə daha da bahalaşdırıb.
Belə ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir.
Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib
Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək.
Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir.
Emtv.az