SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İcra başçılarına qarşı cəza tədbirləri işə düşür - Hədəfdə kimlər olacaq?

17-07-2017, 14:46 | Oxunub: 6 549 |

İcra başçılarına qarşı cəza tədbirləri işə düşür - Hədəfdə kimlər olacaq?
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi ki, özəl sərmayənin cəlb edilməsinə görə təkcə mərkəzi icra orqanları məsuliyyət daşımır, bu işdə yerli icra orqanları da fəal olmalıdırlar.

Dövlət başçısının sözlərinə görə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçılarından fəallıq tələb olunur:

"Bəzi yerlərdəbu fəallıq, nəticələr var, amma bəzi yerlərdə yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır”.

Qeyd edək ki, ilin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi dövlət başçısına bu məsələ ilə bağlı siyahı verəcək.

İ.Əliyev də bunu qeyd edərək bildirib ki, ona bu barədə siyahı verməlidirlər ki, hansı rayona nə qədər özəl sərmayə cəlb olunub:

"Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə həm də bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.

Göründüyü kimi, dövlət başçısı çox açıq şəkildə rayon icra başçılarına 6 ay vaxt qoyulduğunu bəyan edib. Bu isəo deməkdir ki, 6 aydan sonra xeyli sayda icra başçısı vəzifəsilə vidalaşa bilər.


Emtv.az xəbər verir ki, reyting.az-a verilən məlumata görə, Azərbaycanın ən azı 50-yə yaxın rayon rəhbəri son bir ildən etibarən rayona bir manat belə investisiya cəlb edə bilməyib:

"Düzdür, bəzi rayon rəhbərləri guya yuxarı dairələri aldatmaq istəyiblər. Onlar hətta pambıq əkini sahələrinin artırılması ilə bağlı tapşırıqlara da əməl edə bilməyiblər. 2016-cı ildə bunaəməl etməyən Bərdə və digər bir neçə rayonun icra başçısı Prezident Administrasiyasına çağrılaraq tənbeh ediliblər. Onların hər birinə pambıq əkini ilə bağlı konkret tapşırıq verilmişdi. Bu il isəhəmin icra başçılarının çoxu əkin sahələrini artırmaqla yanaşı, 20 ildir əkillməyən dövlət fondunun torpaqlarını da şumlatdıraraq, pambıq əkdiriblər. Üstəlik, Əmlak Komitəsi ilə uzunmüddətli, yəni 10-99 illik icarə müqaviləsi bağlayaraq, 50-100 hektar yerdə heyvandarlıq və digər biznes sahələri ilə məşğul olan yerli adamların sahələri əllərindən alınıb. Bəzi icra başçıları həmin yerləri özlərinə yaxın adamların adına sənədləşdirərək, guya kənardan hansısa biznesmenin rayona gəlib, sərmayə qoyması görüntüsü yaratmağa çalışıblar. Əslində isə bu yerləri başçıların özlər əkdirib”.

Dövləti belə "priyomlar”la aldadan rayon rəhbərlərinə qarşı ölçü götürüləcək:

"Ən azıona görə ki, torpağı əlindən alınan xeyli insan zərərə salınıb, üstəlik, bu əməlləri ilə heyvandarlıq sahəsinə də böyük zərbə vurulub. Təsadüfi deyil ki, hələ yay olmasına baxmayaraq, yerlərdə ətin qiyməti 25-30 faiz bahalaşıb. Yem məhsulları, daha dəqiqi, yonca bağlamalarının bir ədədi 1.5 manatdan 3-4 manata qalxıb. Sözsüz ki, bu problem qış aylarında özünü daha qabarıq şəkildə göstərəcək. Yəqin bunları yuxarı dairələrdə də bilirlər. Elə buna görə də, dövlət rəhbəri ilin sonunda icra başçıları iləbağlı siyahı alacağını açıqladı”.

Məlumatlı şəxs əminliklə deyir ki, ilin sonuna qədər Bərdə, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Astara, Lerik, Lənkəran, Ucar, Quba, Kürdəmir, Ağdaş, Şamaxı, Tərtər, Ağstafa, Daşkəsən, Beyləqan, həmçinin Bakının iki rayonunun icra başçısı iləbağlı dəyişiklik ola bilər:

"Bu siyahıda çox kiçik dəyişikliklərin olması mümkündür. Ola bilsin ki, siyahı daha da genişlənsin. Ancaq əmin olduğum bir məsələ var, hesab edirəm, Prezidentin son xəbərdarlığından sonra etimadı doğrultmayan icra başçıları hansısa nazir və ya komitə sədrinə sığınmaqla, vəzifələrini qoruya bilməyəcəklər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR