SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu

17-07-2017, 13:05 | Oxunub: 7 737 |

Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu
Amerikanın Ekoloji Fondu “Blacksmith Institute” dünyanın 10 çirkli şəhərini müəyyənləşdirib.


Siyahıda birinci yerdə Ukraynanın Pripyat qəsəbəsidir, hansı ki, bu qəsəbə Çernobılda faciənin baş verdiyi ərazinin yaxınlığında yerləşir. Sumqayıt isə institutun hesabatında ekoloji baxımdan ən çirkli şəhər kimi ikinci yerdə qərarlaşdırılıb.


Siyahıda Rusiyanın Dzerjinsk vilayəti, Çinin Linfin, Tyanjin, Hindistanın Sukinda, Vapi, Zambiyanın Kabve, Rusiyanın Norilsk şəhərlərinin adı var.

“Postsovet məkanının ən çox çirklənmiş ərazilərdən Sumqayıtdır. Sovetlər dönəmində Sumqayıtda zavodlar fəaliyyət göstərib, bu zavodlar şəhərin ekoloji vəziyyətinə təsirsiz ötüşməyib. Zavodlar fəaliyyətini dayandırıb, amma hələ də Sumqayıt boz sahəni xatırladır”,-institut bildirir.

Xatırladaq ki, ABŞ-ın həmin institututun Sumqayıtı dünyanın ən çirkli şəhərləri siyahısına salması birinci dəfə deyil. Bundan əvvəl təşkilat Sumqayıtı hətta dünyanın ən çirkli şəhəri elan etmişdi.

Bəs bu institutun qənaəti nəyə əsaslanır? Axı son bir neçə ildə Sumqayıtda park və bağlar yaradılıb, böyük bulvar salınıb. Şəhərin ekoloji durumunun yaxşılaşdırılması üçün iri layihələr həyata keçirilib. Amma maraqlıdır ki, hələ də Sumqayıt beynəlxalq təşkilatların hesabatlarda çirkli şəhər kimi siyahıya salınır.

Ekoloq Telman Zeynalov hesabat hazırlanarkən 30 il əvvəlin məlumatlarına istinad edildiyini deyir. “Amerikanın Ekoloji Fondu və bunun kimi digər beynəlxaql qurumlar hesabat hazırlayarkən düzgün qiymətləndirmə aparmır. Həmin məlumat 30 il əvvəl dərc olunub. Zavod və fabriklərin vurduğu ziyanın aradan qaldırılması üçün ekoloji təmizləmə işləri aparılıb, parklar salınıb. Amma hər il 30 il əvvəl verilmiş məlumatlar dərc edilir”, -Zeynalov açıqlamasında deyib.

Ekoloqun fikrincə, bəziləri Sumqayıtı çirkli şəhər kimi təqdim etməkdə maraqlıdır. “Xarici təşkilatların nümayəndələri vəziyyəti araşdırmaq üçün Azərbaycana gəlirlər. Müəyyən qeyri-hökümət təşkilatları var ki, onları yalnız xarici təşkilatlardan pul almaq maraqlandırır. Belələri Azərbaycanı düşünmür, hökümətin əleyhinə iş görür. Məhz belə şəxslər xariciləri ən çirkli əraziyə apararaq yanlış fikir formalaşdırırlar. Əcnəbi mütəxəssislər pula mənliyini satan təşkilatlarla deyil, ölkənin tanınmış QHT-ləri ilə əməkdaşlıq edərək real qiymətləndirmə aparmalıdırlar”, -Zeynalov söyləyib.

Qeyd etmək lazımdır ki, bu məsələdə Sumqayıt şəhər İcra Hakimiyyətinin də üzərinə məsuliyyət düşür. Çünki şəhərdə son illərdə genişmiqyaslı abadlıq işlərinin aparılmasına, ekoloji ciddi şəkildə vəziyyətin yaxşılaşdırılmasına baxmayaraq şəhərin “qara” imicini yaxşılaşdırmaq üçün tədbirlər görülmür. Hansı ki, şəhər hakimiyyəti bu istiqamətdə ciddi işləməli, beynəlxalq ekoloji fondlarla və yaxından iş aparmalı və QHT-lərlə, KİV-lərlə əməkdaşlığı genişləndirərək Sumqayıtın hələ sovet dövründə formalaşmış imicini dəyişdirməyə nail olmalıdır.

Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR