SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

700 bal toplayan 17 yaşlı qız: "...kənddə oxumuşam" - Foto

17-07-2017, 05:09 | Oxunub: 12 350 |

700 bal toplayan 17 yaşlı qız: "...kənddə oxumuşam" - Foto
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

EMTV.az yerli mətbuata istinadən verdiyi məlumatına görə, rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

İmtahanda yüksək nəticəyə göstərən 17 yaşlı İlhamə Hüseynova təəssüratlarını bölüşüb. O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istədiyini deyib.

“700 bal toplayacağıma inanırdım. Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər.

İki il repetitor yanında hazırlaşmışam. 5-ci sinifə kimi Goranboyda Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbində oxumuşam. Sonradan Bakıya köçmüşük. Artıq qərarımı vermişəm, sənədlərimi BDU-nun hüquq fakültəsinə verəcəyəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim”.

İ.Hüseynova orta məktəbi əla qiymətlərdə bitirdiyinə görə qızıl medala layiq görülüb.

700 bal toplayan 17 yaşlı qız: "...kənddə oxumuşam" - Foto

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR