SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sevgi FACİƏSİ! Almaniyadan gəldi, sevdiyi oğlanın nişanlandığını eşitdi və... - FİLM KİMİ HADİSƏ

14-07-2017, 07:05 | Oxunub: 9 589 |

Sevgi FACİƏSİ! Almaniyadan gəldi, sevdiyi oğlanın nişanlandığını eşitdi və... - FİLM KİMİ HADİSƏ
Almaniyadan Tovuz rayonuna gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən yerə atıb.

EMTV.az-ın yerli mətbuata istinadən verdiyi məlumatına görə, pəncərə silərkən 5-ci mərtəbədən yıxıldığı bildirilən qızın intihara cəhd etdiyi məlum olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən, 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadənin sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra intihara cəhd edib.

Belə ki, ata-anasının boşandığı gündən sonra anası ilə birgə Almaniyada yaşayan qız, Tovuzda yaşayan xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəliblər. O, burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb.

Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, 3-cü mərtəbədəki paltar asılqanlarına dəyən qız daha sonra binanın yaxınlığındakı ağacın budaqlarına dəyərək yerə düşüb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub və böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımı tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyatı təhlükəsi davam edir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR