SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“FETÖ terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir” – Türkiyəli nazir

13-07-2017, 13:38 | Oxunub: 8 374 |

“FETÖ terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir” – Türkiyəli nazir
“2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinin qarşısının alınmasında Türkiyə mediasının böyük rolu olub. Bu, qəhrəmanlıqdır. Hələ şəkillərə baxarkən o gecəni hiss edirik. Bu, həm də zəfərdir”.

Emtv.az-ın report-a istinadən xəbərinə görə, bunu Türkiyənin Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan deyib.

O bildirib ki, 15 iyul Türkiyə tarixinin ən qorxunc gecəsi olub: “Bu, işğala cəhd idi. Bu hadisəni törədənlər FETÖ terror təşkilatı təşkil etmişdi. Bu təşkilat İŞİD-dən, PKK-dan fərqlənmir. Bu cür hərəkətlər demokratiyaya təhdiddir. Təhsil vermək üçün açdıqları mərkəzlərdə silahlılar yetişdirdilər. İndi onlar hesab verirlər, etdiklərinin cavabını verəcəklər. 15 iyulun işğala cəhd oldunğunu unutmamalıyıq. Bunun dünyada tayı-bərabəri yoxdur. Həmin gecə şəhid verdik, insanlarımız yaralandı, uşaqlar yetim qaldı. Türkiyə Böyük Millət Məclisi bombalandı, polislərə atəş açıldı, xalqa silah çəkildi. Amma biz həmin gecə əyilmədik, mübarizə apardıq”.

Nazir, həmçinin qərb mediasını ittiham edib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara səsləməsi mühüm addım idi. Bir neçə Avropa ölkəsi bu məsələyə qərəzli yanaşdı. Avropa ilə demokratiya mövzusunda müzakirə aparan ölkəyik. Amma bu məsələ ilə bağlı mövqe ortaya qoymadılar. Türkiyənin terrora qarşı mübarizəsi Avropa üçün də önəmlidir. Onlar dəstək verməlidirlər. Avropa və Amerika xətalarını düzəltməlidirlər. Qərbin bəzi media qurumları Türkiyə prezidentinə böhtan atırlar. Bunun demokratiya, söz azadlığı ilə əlaqəsi yoxdur. Biz əngəllərə fikir vermədən yolumuza davam edəcəyik, 15 iyul hadisələrinin hesabı istəniləcək. AKP islahatçı partiyadır. Əsas işimiz budur. Ölkədə demokratiya yolunda nə lazımdırsa, edilir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR