SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Cahangir Hacıyevin səhhəti qəsdən ağırlaşdırılır” - Vəkildən iddia

13-07-2017, 11:45 | Oxunub: 6 028 |

“Cahangir Hacıyevin səhhəti qəsdən ağırlaşdırılır” - Vəkildən iddia
Son zamanlar mətbu orqanlarda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin səhhəti və saxlanma şəraiti barədə xoşagəlməz məlumatlar yayılır.

Bildirildiyinə görə, sabiq bankir Haşimoto sindromundan və ciddi ürək çatışmazlığından əziyyət çəkir. Bu cür xəstəlikləri olan insanlarda nəfəs ala bilməmə, arıqlama, ürək döyüntüsü, tərləmə, dərinin nəm və rütubətli olması və sairə kimi əlamətlər görülə bilər.

Sabiq bankirin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsi isə bütün bu əlamətləri olan xəstələrin əleyhinədir. Ən ağır “zon” hesab olunan müəssisə daş karxanalarıyla əhatə olunub və bu karxanalardan havaya qalxan toz dumanı nəfəs almağı daha da çətinləşdirir. Üstəlik, müsəssisənin sanitar vəziyyəti də ürəkaçan deyil. Qışda isitmə sisteminin olmadığı “zon” yayda isə su üzünə həsrət qalır. Müəssisənin tualetindən isə danışmağa dəyməz. Bildirildiyinə görə, 280 nəfərlik “barak” üçün cəmi 2 unitaz qoyulub. Onlar isə bərdab vəziyyətdədir.

Bəs, Haşimoto sindromu və ciddi ürək çatışmazlığı yaşayan bir xəstənin bu cür ağır şəraitli “zon”a köçürülməsində nə məqsəd güdülüb?

Emtv.az xəbər verir ki, ovqat.com-un suallarını cavablandıran Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bunu müvəkkilinə qarşı qərəzli münasibətlə izah edir: “Cahangir Hacıyevin səhhəti yaxşı deyil. Dərmanlarını evdən alır. Halbuki, cəzaçəkmə müəssisələri məhbusların sağlamlıq problemləriylə ciddi məşğul olmalı, onların həyat şəraitini yaxşılaşdırmağa birbaşa məsuliyyət daşımalıdır. Cahangir Hacıyev kimi səhhəti ağır olan məhbuslar Penitensiar Xidmətin xüsusi tibbi müəssisələrində müalicə olunmalı və orada saxlanılmalıdırlar. Nə yazıq ki, müvəkkilimin bu vəziyyəti nəzərə alınmır, onun faktiki olaraq, səhhətinin daha da ağırlaşması istiqamətində məqsədyönlü işlər aparılır. Bu cür ciddi təzyiqlərin hansı məqsədlə edildiyi isə bizə də aydın deyil”.

Fəxrəddin Mehdiyev onu da etiraf etdi ki, səhhəti nəzərə alınaraq müvəkkili əvvəl 10 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcəkmiş. Amma nədənsə, birdən-birə bu qərardan vaz keçildi və o, hazırda saxlanıldığı “kolon”a köçürüldü.

Vəkil, Cahangir Hacıyevin informasiya almaq hüququnun məhdudlaşdırıldığından da gileyləndi: “O, faktiki olaraq informasiya məkanından tam təcrid olunub. Hətta özüylə bağlı irəli sürülən ittihamlara cavab vermək üçün sənədləri toplamaq, müxtəlif beynəlxalq maliyyə qurumlarına sorğular göndərmək imkanından məhrum olunub. Bəzən bizim vasitəmizlə göndərdiyi sorğuların cavabını ona çatdırmağımızda belə, müəyyən çətinliklərlə üzləşirik”.

Cəzaçəkmə müəssisəsində vəkillərin hüquqlarına da hörmət edilmədiyindən şikayətlənən həmsöhbətimizin dediyinə görə, Cahangir Hacıyevlə görüşə getdikləri zaman təpədən-dırnağa yoxlanılırlar: “Halbuki, bu cür ciddi yoxlanışlar qanunvericiliyə görə, vəkillərə şamil edilməməlidir. Di gəl ki, nəinki üstümüz, hətta bəzən müvəkkilimizə apardığımız sənədlər də saf-çürük olunurlar”.

13 saylı cəzaçəkmə müəssisəsindəki saxlanılma şəraiti ilə bağlı açıqlamalar verən vəkil bu “zon”dakı ağlasığmaz vəziyyətin beynəlxalq hüquq təşkilatlarını və qurumlarını ciddi narahat etdiyini bildirdi: “Heç bir beynəlxalq standartlara cavab verməyən müəssisədə əslində 600 məhbusun saxlanılması nəzərdə tutulub. Hal-hazırda isə orda, eşitdiyimə görə, 1200 məhbus saxlanılır. Sanitar vəziyyətin dözülməz olduğu, ciddi su çatışmazlığının yaşandığı “zon”a salınmağın özü hətta sağlam məhbuslar üçün əsl işgəncə deməkdir. Buna rəqmən, müəssisə öz potensialından artıq doldurularaq, daha yaşanmaz hala gətirilib. Müəssisədəki anormal vəziyyət bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının da diqqəti özünə cəlb edib və hesabatlara salınıb”.

Həmsöhbətimiz ölkəmizdə faəliyyət göstərən “Qırmızı Xaç” cəmiyyətini və yerli hüquq müdafiəçilərini “zon”dakı vəziyyətlə bağlı araşdırmalar aparmağa çağırdı: “Müəssisədəki dözülməz şərait təkcə Cahangir Hacıyevin səhhətinə zərbə vurmur. Eyni zamanda onunla bərabər həmin müəssisədə saxlanılan yüzlərlə məhbusun həyatını təhlükəyə atır və dustaqlar səbrsizliklə vəziyyətin düzələcəyi günü gözləyirlər. Məhbuslar onsuz da törətdikləri və ya əsassız ittihamlara məruz qalmalarının bədəllərini artıqlamasıyla ödəyirlər. Onlar üçün əlavə bu cür çətin şəraitin yaradılması - cəzalarının ağırlaşdırılması, hətta işgəncələrə məruz qalmaları deməkdir. Bu isə Azərbaycanın bir dövlət kimi imza atdığı beynəlxalq qanunvericilik aktlarınını pozulması mənasına gəlir”.

Fəxrəddin Mehdiyev bir müddət əvvəl Penitensiar Xidmətin rəhbəri Azər Hacıyevlə görüşüb və rəis ona bütün suallarla bağlı qurumun müvafiq orqanlarına müraciət edə biləcəklərini deyib. Biz də onun əməkdaşımıza söylədiyi neqativlikləri araşdırmaq üçün 13 saylı müəssisəyə zəng etdik. Telefonu götürən müəssisə əməkdaşı irəli sürülən iddialara cavab verə bilməyəcəyini və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng vurmağımızı məsləhət gördü.


Cəzaçəkmə müəssisəsindən verilən məsləhətinə qulaq asaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə üz tutduq. Telefon zəngimizə cavab verən xidmət əməkdaşı isə suallarımıza aydınlıq gətirməkdən imtina etdi. Dediyinə görə, bizə ancaq şöbənin məsul şəxsi Mehman Sadıqov cavab verə bilər. O isə günortadan sonra işə gələcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR