17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Büdcədən bir milyon dollar yayındıranların siyahısı – RƏSMİ
Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir ki, ölkəmizin iqtisadi tərəqqisinin, davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən innovativ proqram və layihələrin reallaşmasına gömrük orqanları da daim öz töhfəsini verir. Son illərdə idxal-ixrac əməliyyatlarının sürətli, maneəsiz və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən tətbiq edilən və Ümumdünya Gömrük Təşkilatının bir sıra ölkələrə nümunə göstərdiyi “Bir pəncərə”, "Elektron bəyannamə", "Yaşıl dəhliz" kimi səmərəli layihələr bunun bariz nümunəsidir.
Məlumatda deyilir ki, lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq, hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: “Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq, bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə, hələ də qanunsuz yollara əl atırlar. Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib".
Cədvəldən də göründüyü kimi, ümumilikdə 1 mln. 53 min 684,61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı
İnvoysda
göstərilən qiymət
Real qiymət
Fərq
1
"AZFAR PROCESSİNG" MMC
18685 ABŞ dolları
25000 ABŞ dolları
6315 ABŞ dolları
2
Yevsyutin Yuriy Stepanoviç
26616,14 ABŞ dolları
36973,73 ABŞ dolları
10357,59 ABŞ dolları
3
Nəbiyev İlham Kərəmullah oğlu
20735,18 ABŞ dolları
29994,03 ABŞ dolları
9258,85 ABŞ dolları
4
"SƏHLİYALI" Firması
17442,57 Avro
32192,84 Avro
14750,27 Avro
5
"ARSAN COMPANY" MMC
4800 ABŞ dolları
12000 ABŞ dolları
7200 ABŞ dolları
6
"ARSAN COMPANY"MMC
28292 ABŞ dolları
42438 ABŞ dolları
14146 ABŞ dolları
7
Rəfiyev Hüseyin Oruc oğlu
12373 ABŞ dolları
19915 ABŞ dolları
7542 ABŞ dolları
8
"ŞAM – A" MMC
19385,76 ABŞ dolları
36348,30 ABŞ dolları
16962,54 ABŞ dolları
9
"VARTEX" MMC
36875,25 ABŞ dolları
47547 ABŞ dolları
10671,75 ABŞ dolları
10
Məmmədov Rizvan Novruz oğlu
11099 Avro
23316,90 Avro
12217,9 Avro
11
"BORAS" MMC
11461.50 ABŞ dolları
41472 ABŞ dolları
30010,50 ABŞ dolları
12
"Grand Reklam" MMC
59095 ABŞ dolları
103077 ABŞ dolları
43982 ABŞ dolları
13
Esmaeil Zadeh Faridon
44349 ABŞ dolları
56658,14 ABŞ dolları
12309,14 ABŞ dolları
14
"Biznes -2017" MMC
11000 ABŞ dolları
15545 ABŞ dolları
4545 ABŞ dolları
15
"Həsənoğlu LTD "MMC
15940,45 ABŞ dolları
100414,89 ABŞ dolları
84474,44 ABŞ dolları
16
"ARMONi" MMC
66870 Avro
170191,66 Avro
103321,66 Avro
17
"SAND REGON" MMC
10274 ABŞ dolları
37000 ABŞ dolları
26726 ABŞ dolları
18
"EuroClima" MMC
94665,59 Avro
124665,59 Avro
30000 Avro
19
"Təmir Tikinti" MMC
28390 ABŞ dolları
36693 ABŞ dolları
8303 ABŞ dolları
20
"Legenda LB"MMC
44592,60 ABŞ dolları
214042,64 ABŞ dolları
169450,04 ABŞ dolları
21
"Gold Lion 999" MMC
10517 ABŞ dolları
37190,55 ABŞ dollari
26673,55 ABŞ dolları
22
"Doruk Han Group"MMC
39358,31 ABŞ dolları
51691,04 ABŞ dolları
12332,73 ABŞ dolları
23
"AZ-OIL Production Company" MMC
22050 Avro
40950 Avro
18900 Avro
24
"Planet-B" MMC
73978,50 ABŞ dolları
187875,41 ABŞ dolları
113896,91 ABŞ dolları
25
"Səma İstehsal-Kommersiya" MMC
52187,65 ABŞ dolları
64408,50 ABŞ dolları
12220,85 ABŞ dolları
26
"Çıraq İnşaat " MMC
27423,71 ABŞ dolları
62323,72 ABŞ dolları
34900,01 ABŞ dolları
27
"Tiko Group" MMC
52127,55 ABŞ dolları
81380,12 ABŞ dolları
29252,57 ABŞ dolları
28
"Diqlas Kvant" MMC
18020 ABŞ dolları
20070 ABŞ dolları
2050 ABŞ dolları
29
"Relax"MMC
10316,68 ABŞ dolları
32100,01 ABŞ dolları
212783,33 ABŞ dolları
30
"Turkuaz-LL " MMC
27220 ABŞ dolları
35220 ABŞ dolları
8000 ABŞ dolları
31
"Trade Imports" MMC
22084,28 ABŞ dolları
146600 ABŞ dolları
124515,72 ABŞ dolları
Cəmi
969733,21 ABŞ dolları
2023414,82 ABŞ dolları
1053684,61 ABŞ dolları
DGK bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
Komitə bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.
Emtv.az