SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İşdən çıxarılan general yola salındı

13-07-2017, 07:51 | Oxunub: 10 336 |

İşdən çıxarılan general yola salındı
Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilib.

EMTV.az yerli mətbuata istinadən verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini və xatirə hədiyyəsini general-mayor Akif Şəfiyevə təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onu təbrik edərək müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür edib.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə, ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq edib, mənalı sərhədçi həyatı yaşadığına görə özünü xoşbəxt hesab etdiyini, bundan sonra da ölkəmizin tərəqqisi və inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR