SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"İcra başçısı var ki, camaatın arvadını əlindən alıb..." - Partiya sədrindən şok ittiham

12-07-2017, 14:03 | Oxunub: 7 992 |

"İcra başçısı var ki, camaatın arvadını əlindən alıb..." - Partiya sədrindən şok ittiham
«Prezidentin bu addımını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, harınlamış məmur balaları və onların ataları barədə sərt tədbirlər davam etdirilməlidir»

Bu fikirləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.

O deyib ki, Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi yerində atılmış addımdır:

«Mən uzun illərdir ki, deyirəm ki, məmurlar o qədər harınlayıblar ki, övladları özlərini ölkənin sahibi kimi aparırlar. Gör, bu general oğlu nə qədər qudurub ki, gedib yolun ortasında avtobus sürücüsünü döyür. Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində calışır. Soruşmaq lazımdır ki, sənin oğlun hərbi xidmətdə olubmu? Əlbəttə yox. Bu adamlar xalqı talayırlar, eyş-işrət içərisində yaşayırlar. Camaatı da narazı salıb prezidentə qarşı qaldırırlar».

Partiya sədri onu da nəzərə çatdırıb ki, əksər məmurların balaları belədir:

«İcra başçısı tanıyıram ki, oğlu prokurorluqda işləyir. Gedir restoranda adam döyür, sonra da vəsiqə göstərir ki, prokurorluğun işçisidir. Ona sual verən yoxdur ki, sən kimsən belə özbaşınalıq edirsən? Həmin icra başçısı Almaniyada ermənilərlə şəkir biznes qurub. Bax, bu cür şəxslərə qarşı da tədbir görmək lazımdır. Nəyə görə bu cür adamların üzündə İlham Əliyevə zərər dəyməlidir? Bu gün bahalı maşınlar sürən, qudurğanlıq edənlər kimlərdir?

Nazirlərin, komitə sədrlərinin övladları, icra başçılarının övladlarıdır. Bu gün sabah seçkilərdir. Bu gedişlə millətdən səs ala bilməyəcəyik. Artıq xalq arasında məlumatlar yayırlar ki, ölkə idarəolunmaz səviyyəyə gəlib çatıb. Rayonlarda vəziyyət daha da kritikləşib. Məmurlar camaatı saymır. O qədər harınlayıblar ki, camaatın arvadını əlindən alıb çoban yataqlarında saxlayırlar. Belə bir vəziyyətdə seçkiyə də getmək təhlükəlidir. Əgər məmurlar belə bir harınlıq edirərsə, camaatı narazı salırlarsa, o zaman kim bizə etimad göstərər? Təəssüf ki, prezidentin köməkçiləri real vəziyyətlə bağlı məlumat vermirlər. Amma onlar da unutmasınlar ki, biz ölkə başçısına lazımi məlumatları verəcəyik».


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR