SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan etiraz etdi – Rusiya Qarabağda təlimlə bağlı məlumatı dəyişdi

12-07-2017, 12:50 | Oxunub: 6 763 |

Azərbaycan etiraz etdi – Rusiya Qarabağda təlimlə bağlı məlumatı dəyişdi
Emtv.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib.

Apa-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.

“Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, məlumatın ilkin versiyasında FTX Sərhəd Xidməti və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qonşularının Dağlıq Qarabağa keçmək istəyən dövlət sərhəd pozucularının axtarışı ilə bağlı birgə fəaliyyət aparıldığı bildirilirdi. Konkret olaraq ru.armeniansputnik.am internet resursunda yer alan məlumatda deyilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə saxlanılması ssenarisi işlənilib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.

Xatırladaq ki, apa yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ilə müraciət edib. DSX mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Bildirilib ki, yaxın zamanlarda məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR