SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Repetitorlar vergini bu qayda ilə verəcək – Şərh

12-07-2017, 06:13 | Oxunub: 5 084 |

Repetitorlar vergini bu qayda ilə verəcək – Şərh
Repetitorluqla məşğul olan müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun vergi ödəməlidirlər.

Bu sözləri EMTV.az yerli mətbuata istinadən verdiyi açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. Ekspert bildirib ki, repetitor müəllimlərin vergiyə cəlb olunması Vergi Məcəlləsinə uyğun həyata keçiriləcək:

“Həmin müəllimlər vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdırlar. Bu, artıq vergi orqanlarının işidir. Düşünürəm ki, repetitor müəllimlər vaxt itirmədən bu qanunvericilikdə özlərinə aid müddəalarla tanış olmalıdırlar. Bu prosesin həyata keçirilməsi zamanı qazanan Vergilər Nazirliyi və onun simasında dövlətimiz olacaq”.

M.Mürşüdlü həmçinin Vergilər Nazirliyinin açıqlamalarında fərdi repetitorluğun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirməsi fikri ilə razılaşmadığını bildirib:

“Çünki repetitorluq əlavə bir məşğuliyyətdir. Bu, pedaqoji, sosial fəaliyyətdir. Hər bir müəllimin bu fəaliyyəti göstərmək hüququ var. Əgər müəllim bir müəssisə yaratsa, obyekt açsa, bu obyektə hüquqi şəxs kimi rəhbərlik etsə, buna sahibkarlıq fəaliyyəti demək olar. Müəllimlərin fərdi qaydada repetitorluqla məşğul olması sosial fəaliyyət deməkdir. Müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun olaraq da vergi ödəməlidirlər”.

Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi fərdi repetitorluğu fəaliyyəti ilə məşğul olanların yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalı olduğu haqqında məlumat yayıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR