17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə
“Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir”.
Emtv.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb.
O, borcu olduğu üçün buradan qaçma xəbərlərinə münasibət bildirib:
“Özüm Bakıda olmasam da, işçilərim oradadır. Hamısı da telefona cavab verir. Rəqsanəni dünyanın bir çox yerində tanıyırlar. Heç nədən qaçan biri deyiləm. Bir ara da xəbər çıxdı ki, guya telekanallar məni "qara siyahı"ya atıb. Hamısı yalandır. Hazırda Moskvada işlərim çoxdur. Ona görə də, Bakıya gələ bilmirəm. İstəmirəm gəlib orada bir klip təqdim edim. Mən gedib ağac altında durub klip çəkdirənlərdən deyiləm. Səviyyəli iş görürəm. İstəyirəm gəlim, 5 klip, 5 yeni fotosessiya, albom təqdim edim, konsert verim. Hamı mənim işlərimdən danışsın”.
R.İsmayılova Azərbaycandan toy təklifləri aldığını, amma imtina etdiyini söyləyib:
“Ötən yay Şəmkir, Gəncə, Tovuz bölgəsində çox toyda oldum. Bu il Moskvada toylarım çoxdur. Azərbaycandan təkliflər alıram. Amma qiymət baxımından sərf etməyən toyla razılaşmıram. Avqust və sentyabrda Bakıda toya gələcəm. Əgər kimsə yaxşı pul verirsə razılaşıram. Başqa cür buradakı işlərimi atmaq mənə sərf etmir”.
Müğənni həyat yoldaşından söz açıb:
“Həyatımdan o qədər razıyam ki.. Kaş ki yoldaşımı illər əvvəl tanıyardım. Çox xoşbəxtəm ki, ailəmin, mənim arxamda belə bir kişi var. Ailə həyatım gözəl gedir. Allah hər bir qadının qarşısına mənim yoldaşım kimi kişi çıxarsın”.
Rəqsanə deyib ki, Moskvada tikdirdiyi şadlıq evini ona əri verib:
“Yoldaşımın “Qız qalası” adlı restoranı var idi. Onu sökdürüb yerində böyük şadlıq evi tikdirdik. Onun bütün işini mənə verib. İndi başım oranın dizaynına qarışıb. Hər şeyin çox yüksək səviyyədə olmasını istəyirəm. Sentyabrda mütləq açılış etməliyik”.
Sosial şəbəkədə tez-tez bahalı saat fotoları paylaşan ifaçı onu qınayanlara bunları deyib:
“Hamı bilir ki, saatları necə sevirəm. Yazmıram ki, paylaşdığım şəkillərdəki hər şey mənimdir. Haradasa nəsə bəyənirəmsə, şəklini səhifəmdə yayımlayıram. Özü də mən geyimlərimi, çox əşyalarımı internetdən sifariş edirəm. Ətrafımdakılar bilir ki, evimdə böyük saat kolleksiyası var”.
Bir vaxtlar qızı Aysuna moda evi açacağını deyən Rəqsanə bu planının gerçəkləşməməsindən danışıb:
"Qızım istədiyi an ona moda evi açaram. Özü istəmədi. Dedi ki, gedim təhsil alım sonra. Türkiyədə oxudu, bitirdi və qayıtdı. İndi moda evini açacaq".
Emtv.az