SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Mühacir alveri: Cinayət işi açıldı, AXCP və Müsavatda həbslər gözlənir - Təfsilat

10-07-2017, 12:38 | Oxunub: 6 978 |

Mühacir alveri: Cinayət işi açıldı, AXCP və Müsavatda həbslər gözlənir - Təfsilat
Müxalifət partiyalarında saxta mühacir sənədi ilə bağlı həbslə başlana bilər.

Emtv.az xəbər verir ki, mətbuata daxil olan xəbərə görə, müsavatçı kimi saxta üzvlük vəsiqəsi ilə Almaniyada sığınacaq almış Elnur Mirzəyev barəsində artıq cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Emtv.az xəbər verir ki, E.Mirzəyev yeni müsavat-a açıqlamasında partiyaya üzv olmaq üçün 1800 manat pul verdiyini demişdi: “Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun.

Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.


Bir müddət əvvəl də AXCP-nin adı saxta sənəd alverind keçirdi. Hətta Əli Kərimli istintaqa çağrılaraq dindirilmişdi.

İddia olunurdu ki, AXCP-nin saxta sənədi ilə Avropada siyasi mühacir kimi yaşayanlar var və onlar partiya rəhbərliyinə pul veriblər.

İndisə Müsavat üzvünün barəsində cinayət işi açılması onda xəbər verir ki, hər iki müxalifət partiyasında bu işdə məsuliyyəti olanlar təftiş edilir. İstisna edilmir ki, yaxın vaxtlarda AXCP və Müsavatda həbslər başlanacaq.

Onların kimliyi müəyyənləşdirilir və mühacir bileti həbslərinə start veriləcəyinə hazırlıq gedir. Bu, həm Avropaya axının qarşısını alacaq, həm bəzilərinin ölkəyyə ekstradisiyasını təmin edəcək.

Müxtəlif saxta yollarla Avropada sığınacaq almağa çalışan şəxslərin hələ sentyabr ayında Fransanın Strasburq şəhərində “Azərbaycan Naminə Demokratiya” (“AND” - “Azerbaijan Needs Democracy”) adlı qurum yaratmalarının ardınca yeni təfərrüat meydana çıxmaqdadır.

“Səs” qəzeti yazmışdı ki, AXCP sədri siyasi mühacir bazarını müsavatçıların inhisarından qoparıb öz monopoliyasına salmağa çalışır.

Qiymət preskurantı isə təxmini olaraq bu cür olub: Müsavat partiyasının üzvlük vəsiqəsi 500 AZN, arayış isə 6000 AZN...

Əli Kərimli siyasi mühacir bazarını Müsavatın inhisarından alıb AXCP-nin monopoliyasına salır - üzvlük vəsiqəsi 600, “təqib olunmağı təsdiq edən araypış” isə 7000 AZN.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR