18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar kampaniya başladılıb
İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya başladılıb.
EMTV.az yerli mətbuata istinadən verdiyi məlumatına görə, hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya “Yolpress” mətbu orqanı tərəfindən “Telegram” proqramında başladılıb.
Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib. "Yolpress" elan edib ki bu addımı siyasi, irq və coğrafiya bölgüləri nəzərə almadan atılıb və gələcəkdə də oxşar cinayətlər törədilərsə, pislənəcək: "Məqsədimiz uşaqların öldürülməsini pisləməkdir. Biz imzaları topladıqdan sonra tezliklə onları ölkənin siyasi və diplomatik rəsmilərinə təqdim edəcəyik".
Redaksiyası Urmiya şəhərində yerləşən “Yolpress” Azərbaycan və fars dilində yayımlanan mətbu orqandır. Əsasən Şərqi və qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
EMTV.az