17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hamburqda G20 sammiti keçirilir
Bu gün Almaniyanın Hamburq şəhərində G20 sammiti başlayıb.
TASS agentliyinin verdiyi məlumata görə, Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak edir.
Rəsmi sessiyadan əvvəl dövlət və hökumət başçıları qeyri-rəsmi müzakirələr aparıblar. Türkiyə prezidenti R. T. Ərdoğan ABŞ prezidenti D. Tramp və Kanada baş naziri C. Trüdo ilə qısa söhbət edib. D. Tramp V. Putinlə də xüsusi həvəslə əl verərək görüşüb. Liderlər terrorla mücadilə mövzusunda müzakirələrdən sonra birgə foto çəkdiriblər. Çin Xalq Respublikasının lideri S. Cinpin sammitdə dövlətləri açıq dünya iqtisadiyyatı qurmağa, bölgələrdəki münaqişələri dinc yolla həll etməyə çağırıb.
Hamburqda G20 sammiti “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib. Polis şəhərin “Balıq bazarı” adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb. İlkin məlumata görə, artıq 76 aksiya iştirakçısı və 130 polis xəsarət alıb. Aksiyaçılar Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı “Park Hayatt” otelinə də hücum çəkiblər. Həmin vaxt sözügedən ölkələrin liderləri G20 sammitinin keçirildiyi məkanda olublar.
Emtv.az