Elçin Bədəlov “Nort Vest”i siyasi diskusiya klubuna çevirib
“Texnikabank”ın direktoru Etibar Əliyev Elçin Bədəlov haqqında nələr dedi
Fəaliyyəti dayandırılmış MTN-nin keçmiş genarallarının əməlləri ilə bağlı demək olar ki, hər gün mətbuatda məhkəmə iclaslarından reportajlar dərc olunur. Və hər dəfə cəmiyyət üzvləri bu generalların yeni əməlləri, “yeni sifət”ləri ilə tanış olanda şok-a düşür. Ki, gör, millətimizin təhlükəsizliyi kimlərə etibar edilib.
Sözün qısası, MTN mövzusu son vaxtlar artıq əvvəlki aktuallığını və marağını itirmiş kimi görünürdü. Amma əslində belə deyilmiş.Emtv.az xəbər verir ki, 365info.az-a daxil olan məlumata görə, keçmiş MTN-nin generalları, vəzifə sahibləri arasında yeni bir proses başlayıb.Bəli, sabiq genarallar arasında həyat yoldaşlarından rəsmi boşananların sayı artır.Belə boşananlardan biri də keçmiş MTN generalı Pərviz Səfərovdur.Məlumdur ki, 2015-ci ilin oktyabrında ləğv edilmiş MTN rəhbərliyi ilə bağlı ən yüksək səviyyədə qərar veriləndən sonra, xeyli sayda yüksəkçinli MTN zabitləri vəzifədən azad edildi, həbsxana həyatı yaşayanlar da oldu. Vəzifədən azad edilənlər arasında keçmiş MTN generalı Pərviz Səfərov da var idi.Pərviz Səfərov təkcə general deyildi, həm də nazirliyin Baş idarə rəisi və nazir Eldar Mahmudovun “yetirmələri”ndən biri idi.Amma nədənsə Pərviz Səfərov hələ də azadlıqda gəzir.Pərviz Səfərovun keçmişi ilə bağlı onu bildirək ki, uzun müddət DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində məsul növbətçi işləyib. Və Eldar Mahmudov DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis təyin olunandan sonra P.Səfərovla E.Mahmudovun arasında dostluq münasibəti yaranır. E.Mahmudov MTN-ə nazir təyin olunandan sonra P.Səfərovu MTN-ə transfer edərək hətta onu general mayor rütbəsinəcən yetişdirə bilib.İndi isə qayıdaq cənab generalın boşanma məsələsinə.Məlumata görə, general Pərviz Səfərov həyat yoldaşı Fərəh Gülməmməd qızı Səfərovadan boşanmaqla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edib.Boşanmanın dəqiq səbəbi bizə bəlli olmasa da düşünürük ki, sabiq genarallar gələcək mülkiyyət müsadirələrindən və məhkəmə proseslərindən yayınmaq üçün boşanmanı yeganə çıxış yolu hesab edirlər.Mənbənin bu “cütlük”lə bağlı 365info.az-a dediyi xeyli macəradan bir-ikisini qeyd etmək istəyirik.Deməli, keçmiş MTN genaralı Pərviz Səfərov nə az, nə çox düz 8 dəfə şəxsiyyət vəsiqəsini dəyişib.Niyəsi bizim üçün də qaranlıqdır. Amma güman edirik ki, cənab genaral 8 dəfə kimliyini dəyişməklə bəlkə də törətdiyi əməllərin izini itirmək istəyib. Amma Səfərov unudur ki, onun əməlləri ömür boyu onu qarabaqara izləyəcək.Generalla bağlı digər bir məlumata görə, Pərviz Səfərovun xanımı Fərəh Səfərovanın vaxtilə Elçin Bədəlov adlı bir şəxslə dizayn sahəsində ortaq-şərik biznesləri olub. Sonradan Elçin Bədəlov hansısa səbəbdən Fərəh xanımla partnyorluğa son qoyaraq “Nort Vest Konstrakşn” şirkəti ilə birgə çalışmağa başlayır.Elçin Bədəlovun bu hərəkəti MTN generalı Pərviz Səfərovun xoşuna gəlmir. Və xanımının şikayəti əsasında Pərviz Səfərov Elçin Bədəlovu MTN-ə apararaq ondan 100 min manat pul alır və üstəlik onunla gələcək “əməkdaşlıq razılaşması” əldə olunur.Aparılan araşdırma nəticəsində bəlli oldu ki, P.Səfərovun Bakı şəhərində bir çox mülkləri, villaları var.Yeri gəlmişkən, Pərviz Səfərovun yuxarıda qeyd etdiyimiz kimi 8 dəfə şəxsiyyət vəsiqəsini dəyişməsi heç bir məntiqə, qaydaya sığmır. Görünür, Səfərov ondan ediləcək şikayətlərdən, o cümlədən Elçin Bədəlovun 100 minlik şikayətindən ehtiyat edərək ölkədən çıxmağı ehtiyat variant kimi düşünüb tez-tez kimliyini dəyişirmiş. Amma görünür, Elçin Bədəlov və digər zərərçəkənlər Səfərovla aralarında bağladığı əməkdaşlıq sazişini pozmağa cürət etməyiblər.Digər bir məlumata görə, Səfərova Fərəh Gülməmməd qızı ilə Elçin Bədəlov biznes partnyoru olan zaman onlar TexnikaBankın müştəriləri olublar və bankın o vaxtki müdürü Etibar Əliyevlə dostluq münasibətləri olub. Etibar Əliyev müxbirimizlə söhbət zamanı bildirb ki, Elçin Bədəlov kreditinin ödəmə vaxtını gecikdirəndə mən onu otağıma dəvət edirdim və o da mənim otağımda olanda bayırdan dostlarından birinə onun telefon nömrəsinə zəng elətdirirdi və Elçin mənə deyirdi ki,
“Bir dəqiqə bağışlayın, Etibar müəllim,ağsaqqalımız Bəylər müəllimdir, onun evində biz dizayn işləri görürük, görüm nə deyir…”Güya Elçin Bədəlov bu hərəkəti ilə mənə təziq edirdi ki, mən onun krediti gecikdirdiyinə görə sıxmayım.Ancaq sonradan mən öyrəndim ki, o Bəylər müəllimlə telefonda danışmayıb, sadəcə onun adından istifadə edirdi.Bankir onu da bildirib ki, Səfərova Fərəh Gülməmməd qızı ilə o vaxtlar Elçin Bədəlov biznes partnyoruydular və banka da bir neçə dəfə bir yerdə gəliblər. Bankir hesab edir ki, Eldar Mahmudovun beynini dolduranlardan, onun həbsinə səbəb olanlardan biri də Pərviz Səfərov olub…Emtv.az xəbər verir ki, məsələ ilə bağlı 365info.az saytının müxbiri Pərviz Səfərovla telefon əlaqəsi yarada bilib və P.Səfərov müxbirə bildirib ki, “Mən elə indi də Eldar Mahmudovun yanındayam və mənə heç kim heç nə edə bilməz” və telefonu qapadıb.İndi isə vaxtilə Elçin Bədəlovun “MTN səfərinə” səbəb olmuş “Nort Vest Konstrakşn” şirkəti ilə bağlı 365info.az-ın yazdıqlarına nəzər salaq.Saytın yazdığına görə, baş direktoru İbrahim Manaflı, icraçı direktoru Elçin Bədəlov olan “Nort Vest Konstrakşn” şirkəti uzun müddətdir ki, digər şirkətlərin, o cümlədən “Solid Construction” (rəhbəri Mənsur Ağasəlim oğlu Ağamirov ) şirkətinin fəaliyyətinə mane olur.Daha dəqiq desək, “Nort Vest Konstrakşn” şirkəti ölkədə iri tikinti-tender layihələrinin icrası üçün aşağı qiymətlər təklif edərək, tenderlərdə bu layihələrin icra haqqına sahib olur. Və onunla tender-tikinti layihələrində heç kim rəqabət apara bilmir. Bu tender oyunlarının başında isə özünü “tender kralı” adlandıran Elçin Bədəlov dayanır.Elçin Bədəlovun keçmişi haqqında isə yuxarıda qısa da olsa bəhs etdik.Özünü “tender kralı” hesab edən Elçin Bədəlov “Nort Vest Konstrakşn” şirkətini az qala siyasi diskusiya klubuna çevirib. Həqiqətən də şirkətin əsas nüvəsi Azərbaycanın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohum-əqrəbası və tərəfdarlarıdır.Elçin Bədəlov beləcə siyasi kombinasiyalar edərək, özünü gah Bəylər müəllimin adamı, gah Vəzirovun qızğın təbliğatçısı kimi qələmə verir, gah da özünü keçmiş MTN generalı Pərviz Səfərovun “şagirdi” kimi aparır.Deyəsən, atalar demişkən, bu xəmir hələ çox su aparacaq. Daha doğrusu, bizə elə gəlir ki, MTN selinin ikinci dalğası məhz Pərviz Səfərov və Elçin Bədəlov kimiləri layiq olduğu məkana aparacaq.Emtv.az