SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Onda məni qəhrəman eləmişdiniz, amma indi söyürsünüz" - Tolik

7-07-2017, 13:26 | Oxunub: 9 345 |

"Onda məni qəhrəman eləmişdiniz, amma indi söyürsünüz" - Tolik
“Kamil yaxşılıq edib, amma sabah kimsə onu səhifəsində söyəcək. O da çıxıb onu söyəcək. Mən də yaxşılıq edirəm, insanlar tez unudur. Bir şey olan kimi başlayırlar söyməyə".

Emtv.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində yazıb.

İdmançı Kamil Zeynallının erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən 18 aylıq Zəhranın məzarını ziyarət etməsi və oradan şəkil paylaşması müzakirəyə səbəb olub.


Tolik onun adından Kamili qınaması ilə bağlı yalan xəbər yayıldığını söyləyib. O bildirib ki, idmançı ilə dostdur və onunla bağlı heç bir mənfi fikir söyləməyib:

“Sözü elə mənada deməmişəm. Mən varam və Kamillə dostam. Allah Zəhraya rəhmət eləsin. Yaddaşınızı təzələyin. Mən də keçən il Xaçmaza şəhidimizin qəbri üstünə getdim. Məni qəhrəman eləmişdiniz. Amma indi söyürsünüz.

Zəhra ölən günü restoranda müğənniləri yığıb klip təqdim edənləri gözləriniz görsün. Həmin gün bir şəkil paylaşmayan məşhurları görün. Məni tanıyan onsuz da tanıyır. Allah da ürəyimə görə verir, bəziləri kimi sürünmürəm.

Məni söyənlərə görə gərək hər dəfə şəhid qəbrini ziyarət etməyimi, solmuş bayrağı təzələməyi paylaşım. Gül aparıb öz yox, Azərbaycan xalqının adından qoydum. Amma bu xalq hər şeyi tez unudur. Üç gün sonra Zəhranı unudacaqsınız. Vətənim ayda bir və ya iki şəhid verir. Guya siz onların şəklini paylaşırsınız? Hamı İnsataqramda qəhrəman olub. Bir əməlinizi göstərin”.


Qeyd edək ki, Zəhra qətlə yetirilən gün müğənni Niyam Salami restoran açılışı etmiş və şou-biznes nümayəndələrini ora yığmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR