SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ETSN meşə yanğınları ilə əlaqədar əhaliyə müraciət edib

7-07-2017, 12:17 | Oxunub: 10 871 |

ETSN meşə yanğınları ilə əlaqədar əhaliyə müraciət edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə, həmçinin meşə fonduna yaxın sərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən EMTV.az-a verilən məlumata görə, havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması nəzərə alınaraq, nazirlik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilib, əvvəlki illərdə çəkilmiş köhnə zolaqlar təmir edilib və budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, maarifləndirici lövhələr quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR