18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər… – POLKOVNİK AÇIQLADI
Təxris olunması gözlənilən hərbçilərimizin bir hissəsi evlərinə buraxılmayıb. Onlara bir müddət hərbi hissədə qalacaqları barədə məlumat verilib.
EMTV.az yerli mətbuata istinadən verdiyi məlumatına görə, bununla bağlı metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, son bir neçə ildir təxlis zamanı hərbçilərinin hamısı birdəfəlik buraxılmır:
"Hərbçilər 3-4 qrupa bölünüb, ayrı-ayrı vaxtlarda təxlis edilir. Bu, nədən irəli gəlir? Bilirsiniz ki, hərbi komisarlıqlardan hərbi hissəyə gələn çağırışçılar qrup şəklində gəlirlər. Yəni, hamısı bir zamanda gəlmir. Bizim əsas hərbi hissələrimiz cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində yerləşən hərbi hissələr çağırışçılar gəlmədən hərbçilərini buraxarsa, boşluq yaranacaq. Ona görə də, mərhələli şəkildə təxlis olunma həyata keçirilir.
Təbii bir prosesdir
Bilirsiniz ki, Ali Baş Komandanın əmri ilə iyulun 1-dən 30-dək çağırış dövrüdür. Eyni zamanda, ayın 30-dək xidmət etmiş hərbçilər evə buraxılacaqlar. Ona uyğun hazırda müəyyən bir qrafik qurulub. Gənc əsgərlər hərbi hissəyə gəldikcə, digər hərbçilər təxlis olunurlar. Hərbi hissələrdə gecikmə bununla bağlıdır. Onları hanısa bir səbəbdən hərbi hissədə saxlamağa ehtiyac yoxdur”.
EMTV.az