17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MTN-nin “baş torbatikəni” səksəkidə - VÜSAL ƏLƏKBƏROV MÖVLAM ŞIXƏLİYEVİ İFŞA ETMƏYƏ HAZIRLAŞIR
Artıq bir neçə dəfədir ki, MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun məhkəməsi təxirə salınır. Buna səbəb isə sabiq MTN istintaqçısının son söz deməyə hələ də hazır olmaması göstərilir. Qeyd edək ki, dövlət ittihamçısının 15 il cəza tələb etdiyi Vüsal Ələkbərov məhkəmə zalından azadlıqda qalan MTN rəhbərliyinə xüsusilə, nazirliyin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevə mesaj göndərib. O, bildirib ki, mütəşəkkil dəstənin əsas rəhbərliyi azadlıqdadır və o, son sözündə sensasion açıqlamalar verəcək.
Onun son sözünü demək üçün zaman istəməsi də məhz bayırda qalan MTN rəhbərliyinə ciddi siqnal sayılmalıdır. Hələ bir neçə ay əvvəl Mövlam Şıxəliyevin həbs olunmamasının səbəbini araşdırılıb. Bəlli olub ki, general azadlıqda qalması şərti ilə zərərçəkənləri razı salmalı və onlar məhkəmədə şikayətlərindən geri çəkilməlidir. Ancaq Vüsal Ələkbıərovun da bu gözləntiləri özünü doğrultmayıb. Məlum olub ki, iş üzrə zərərçəkənlərə Mövlam Şıxəliyev tərəfindən heç bir təzminat ödənilməyib. Məhz bu səbəbdən də 15 il cəza tələb olunan Vüsal Ələkbərov öz rəhbərliyini ifşa ilə hədələyir.
Məlumatlı mənbənin sözlərinə görə, Vüsal Ələkbərovun bu hədəsi Mövlam Şıxəliyevi əməlli təşvişə salıb. Belə ki, Vüsal Ələkbərovun ifşası sabiq baş istintaqçının həbsi ilə nəticələnə bilər.
Qeyd edək ki, Vüsal Əlıkbərovun işi üzrə məhkəmə iyulun 7-də davam etdirləcək.
Emtv.az