18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlardan şok edən sözlər: “Kişilərlə zövq üçün birlikdə olurduq” – FOTOLAR
Türkiyənin Marmaris şəhərində polisin otellərdən birində keçirdiyi əməliyyat zamanı aralarında rus, gürcü və 3 azərbaycanlı qadının da olduğu 5 nəfər saxlanılıb.
Türkiyə mediasında yayılan məlumata görə, Elgin Bulvarda yerləşən üçulduzlu oteldə fahişəliyin edilməsi ilə bağlı gələn xəbərlər üzərinə hərəkətə keçən polis gecə saatlarında əməliyyat keçirib. Oteldə fahişəlik edən Gürcüstan əsilli T.G. (38 yaş) və Rusiya əsilli G.A. (34 yaş) ilə birlikdə A.Ç. (40 yaş), D.İ. (45 yaş) və “Nurdan” ləqəbli azərbaycanlı N.R (46 yaş) saxlanılıb. Əldə edilən məlumatlara görə, Nurdan ləqəbli azərbaycanlı qadın fahişəliyin fəaliyyətində vasitəçilik edən olub.
Saxlanılanlardan G.A. polisə verdiyi ifadəsində N.R.-in ona zorla fahişəlik etdirdiyini iddia edib. Gürcüstan əsilli T.G. isə turizim məqsədi ilə Marmarisə gəldiyini, könüllü olaraq kişilərlə cinsi münasibətdə olduğunu söyləyib.
Əcnəbi qadınlarla birlikdə olan və ailəli olan azərbaycanlı A.Ç. və D.İ. ifadə verdikdən sonra onlara 250 lirə pul cəzası kəsilərək sərbəst buraxılıblar.
Türkiyə polisi fahişəlik edən əcnəbi iki qadının deportasiya edilməsi üçün fəaliyyətə keçib.
Lakin “Fahişəliyə vasitəçilik etmək və məcburi fahişəlik etdirmək”lə nəzarət altına alınan 46 yaşlı azərbaycanlı N.R. (Nurdan) onun haqqında qaldırılan iddiaları qəbul etməyib.