17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Şirvanda 29 yaşlı qadın özünü yandırıb
Şirvanda qadın üzərinə benzin tökərək özünü yandırıb.
EMTV.az-ın yerli mətbuata istinadən verdiyi məlumatına görə, hadisə gecə saat 02.30 radələrində Şirvan şəhəri, R.Rza küçəsi, 88-də yerləşən ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələkbərova Simuzər Yadulla qızı həyat yoldaşı ilə münaqişə zəminində üzərinə benzin tökərək özünü yandırıb.
S.Ələkbərova bədəninin çox hissəsinin termik yanığı və yanıq şoku diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacağı bildirilir.
Məlumata görə, qonşuluqda yaşayan qadın S.Ələkbərovanın həyat yoldaşına deyib ki, Simuzər mobil telefon vasitəsi ilə ona öz şəkilini göndərib. Bu səbəbdən yaranan münaqişə S.Ələkbərovanın intihara cəhd etməsinə gətirib çıxarıb. Özünü yandıran qadının isə telefonunun olmadığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
EMTV.az