18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan şahmatçıları Türkiyədə liderlik edirlər
Ankarada Başkent Tibb Universitetinin şahmat üzrə beynəlxalq turniri keçirilir.
EMTV.az-ın yerli mətbuata istinadən xəbər verir ki, turnirdə 7 ölkədən 173 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Azərbaycanı bu turnirdə qrossmeysterlər Fərid Abbasov, Vüqar Rəsulov, Ürfan Sevdimalıyev, beynəlxalq dərəcəli usta Ülvi Sadıxov, FIDE ustası Şəhriyar Rəhmanov, habelə Elnur Əliyev, Sadiq Məmmədov və Ramil Cavadov təmsil edirlər.
Altı turdan sonra 5,5 xal toplamış Fərid Abbasov və özbək Curabek Xamrakulov hamıdan irəlidədir. Azərbaycan şahmatçılarından Ülvi Sadıxov onlardan yarım xal, Ürfan Sevdimalıyev və Vüqar Rəsulov 1 xal, Şəhriyar Rəhmanov, Ramil Cavadov və Elnur Əliyev 1,5 xal geridədir.
Beynəlxalq turnir iyulun 6-da başa çatacaq.
EMTV.az