18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
""Milan" Hakanla birgə köhnə günlərinə qayıdacaq"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Bayer"dən "Milan"a transfer olan futbolçusu Hakan Çalhanoğlu haqda açıqlama verib.
EMTV.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport"a danışan 63 yaşlı mütəxəssis "Milan"ın Hakanla birlikdə köhnə günlərinə qayıdacağını deyib: "O, soyuqqanlı, əsl döyüşçü və peşəkar futbolçudur. Oyunlarda və məşqlərdə bütün gücünü ortaya qoyur. Şəxsi həyatında da güvənilir biridir. Hakan baş məşqçinin verdiyi bütün bütün tapşırıqları layiqli şəkildə yerinə yetirib, komanda yoldaşlarına maksimum kömək edəcək. Onun bizim milli komandada olması da bizim üçün böyük şansdır. "Milan" böyük klubdur. İtaliya klubu onunla daha da güclü olacaq. Bu transferin çox faydalı olacağını düşünürəm. Fikrimcə, Hakan "Milan"ı köhnə günlərinə qayıtmasında böyük pay sahibi olacaq".
Qeyd edək ki, F. Terim 2001-ci ildə "Milan"ı çalışdırıb.
EMTV.az