17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sevda: "Efirdə yekəpər görünürəm"
"Bilmirəm, efirdə niyə böyük görünürəm. Hamı məni real həyatda görəndə təəccüblənir. Deyirlər, efirdəkindən daha gözəlsən. Uşaqlıqdan bu belədir. Bilmirəm, nədənsə efirdə yekəpər görünürdüm".
EMTV.az bildirir ki, bu sözləri əməkdar artist Sevda Ələkbərzadə "Hər şey daxil" verilişində deyib. Artıq çəkilərindən qurtulan müğənni efirdə olduğundan böyük görünməsindən şikayətlənib.
Sevda efirlərə az-az çıxmasının səbəbini belə izah edib:
"Efirə tez-tez çıxmağı sevmirəm. Bəlkə bəziləri bunu anlamır. Amma mən ən çox studiyalarda çalışıram. Efirə nadir hallarda çıxıram. Atam jurnalist idi, AzTV-də çalışırdı. Bizim evdə həmişə çəkilişlər olurdu. Ona görə mənim üçün efir adi hal kimi görünür".
S.Ələkbərzadə filmə çəkilmək təklifi olarsa, ona müsbət yanaşacığını da deyib:
"Yaxşı filmə çəkilmək istəyərdim. Əslində mən aktrisalığı bitirmişəm. Səviyyəli yumor olsa, komediya filmində çəkilərəm"
EMTV.az