17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu il Bakıda əsas kapitala 5,3 mlrd. manat yatırılıb
2017-ci ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 mlrd. 298,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az vəsait yönəldilib.
Emtv.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsindən apa-ya verilən məlumata görə, ümumi sərmayənin 30,9%-i dövlət, 69,1%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,9%-ini təşkil edib. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 3 mlrd. 553,9 mln. manat vəsait yönəldilib.
2017-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 73,1%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,1%-ini əsaslı təmir, 3,3%-ini cari təmir, 18,5%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,1%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Emtv.az