17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanlı gənclər hərbi xidmətə yola salınıb
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Mahir Hüseynov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Nicat Mehtizadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında quruculuq-abadlıq işlərinin aparılması vətəndaşlarımızın vaxtilə düşmən tapdağı altında olan torpaqlarımıza qayıtmaq ümidini artırıb.
Xidmət rəisi qeyd edib ki, ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu gün Azərbaycanın, eyni zamanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla təmin edən müasir və güclü ordumuz var. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, bu yaxınlarda muxtar respublikada iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin keçirilməsi və təlimdə qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi də ordumuzun gücünü bir daha sübut edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 31-də “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamı ilə ölkəmizdə, eləcə də muxtar respublikamızda hərbi xidmətə çağırış kampaniyalarının başlandığını deyən Səxavət Salmanov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Emtv.az