SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib

4-07-2017, 08:56 | Oxunub: 8 991 |

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib

İyulun 5-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 21-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 50-60 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,
Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

İyulun 5-i günün ikinci yarısından 08-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

İyulun 5-i gündüzdən 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8-də 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR