18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qalmaqallı məhkəmə sədri işə gedərkən öldü – FOTO
Bu gün səhər saatlarında Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev qəfil vəfat edib. Emtv.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə sədri səhər işə gəlmək üçün evdən çıxarkən halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və 59 yaşlı məhkəmə sədri vəfat edib.
İlkin məlumata görə, F.Əfəndiyev ürək tutmasından vəfat edib.
Qeyd edək ki, F.Əfəndiyev daha əvvəl Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi, Mingəçevir şəhər Məhkəməsinin sədri vəzifələrini tutub. O, 2012-ci ildən Göyçay rayon Məhkəməsinin sədri idi.
Onu da qeyd edək ki, mətbuatda qalmaqallı məsələlərdə Fərhad Əfəndiyevin adına tez-tez rast gəlmək olurdu.
Emtv.az