SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Böyük marketlərdə səsləndirilən mahnılar bizi necə soyur? - ARAŞDIRMA

1-07-2017, 08:42 | Oxunub: 12 402 |

Böyük marketlərdə səsləndirilən mahnılar bizi necə soyur? - ARAŞDIRMA
Son vaxtlar aktual mövzulardan biri də supermarket şəbəkələrində alıcılara psixoloji təsirlərin edilməsidir.

Supermarketlər alıcıları cəlb etmək, marketdə olarkən daha çox alış-veriş etmələrini təşkil etmək üçün müxtəlif psixoloji vasitələrdən istifadə edirlər. Ən təsirli vasitələrdən biri də alış-veriş zamanı müxtəlif musiqilərin qoyulmasıdır. Bəzən müştərilər səsin yüksək olmasından narahat olduqlarını bildirir.

Bu kimi vasitələrin müştərilərə psixoloji təsiri varmı?

Emtv.az xəbər verir ki, psixoloq Murad İsayev metbuat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, bildirib ki, bütün market şəbəkələrində məhsulların qoyulma yerindən tutmuş, hər bir şey əvvəlcədən düşünülmüş şəkildə yerləşdirilir. Musiqinin verilməsi də təsadüfi şəkildə deyildir. Elə musiqilər seçilir ki, onlar diqqəti cəlb edərək, müştərilərdə "ehtiyacın vacibliyi"-ni unutdurur. Bu o deməkdir ki, müştərinin ehtiyacı 1 litr yağ almaqdırsa, o, musiqinin təsirindən öz lazımi ehtiyacını unudur və daha çox alır.

Psixoloq müştərilərə bu kimi halların baş verməməsi üçün iki əsas məsələyə diqqət etmələrini bildirib.

"1. Marketə hazırlıqlı şəkildə getmək lazımdır. Bunun üçün əvvəlcədən nəyə ehtiyac varsa onların siyahısını hazırlamaq lazımdır. Bu həm vaxt israfının, həm də əlavə psixoloji təsirlərin qarşısını alır.

2. Marketə girib-çıxmaq üçün konkret vaxt qoyulmalıdır. Bu xaricdə sınaqdan keçirilmiş vasitələrdəndir. Müştərilər marketə girərkən özlərinə konkret vaxt qoymalı və vaxta uyğun şəkildə alış-verişlərini etməlidirlər".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR