17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hacı Cavad məscidinin tikiləcəyi yeni ünvan açıqlanıb
Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.
S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, “Azərbaycan” Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsində ayrılan ərazidir: “Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək”.
Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.
Emtv.az