SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"İcra başçılarından 300-400 dollar alıb yeyib-içib gedirlər" - Kuratorlara ittiham

30-06-2017, 16:06 | Oxunub: 6 216 |

"İcra başçılarından 300-400 dollar alıb yeyib-içib gedirlər" - Kuratorlara ittiham
"Hal-hazırda rayonlara növbəti səfərim başlayıb. Mənim getdiyim rayonlarda icra başçılar əl ayağa düşür. Biri kabab qonaqlığına dəvət edir, biri villasına çağırır, başqası ən bahalı oteldə yer ayırır.”

Emtv.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, o, icra başçılarının bu təkliflərini rədd edir:

"Rayonlardakı icra başçıları bu addımları ilə mənim gözümə kül üfürmək istəyirlər. Amma mən onların bu təkliflərini birbaşa olaraq rədd edirəm. Hafiz Hacıyev ac-yalavac yaşamağa öyrəşmiş gözü tox insandır. Ağılları özlərinə gedib, elə bilirlər ki, məni hansısa şirnikləndirici vədlə susdura biləcəklər. Onlar istəyir ki, mən baş verən problemlər barədə ictimaiyyətə məlumat verməyim. Amma bunu hamı yaxşı bilir ki, susmaq mənim xarakterimə ziddir. Rayonlardakı əhalini sosial durumu çox ağırdır. Bu insanlar mənim millətim övladlarıdır, qanı qanımdan, canı canımdandır. Mən də partiya sədriyəm, mənim işim ölkədəki problemləri qabartmaq tənqid etmək, bunları qardaşım İlham Əliyevə çatdırmaqdır. Kənd təsərüfatı sahəsindəki vəziyyəti uzun müddətdir ki, tənqid edirəm, rayonlarda kəndçilərin, fermerlərin birbaşa problemlərini dinləyib onlara kömək etməyə çalışıram. Bu tənqidlərimizdən sonra kənd təsərüfatı sahəsində bir balaca da olsa ucuzlaşma müşahidə olunur. Amma bu yetərli deyil. Qiymətlər daha da ucuzlaşmalıdır. Süni qiymət artımı yaradan şəxslər bazardan kənarlaşdırılmalıdır. Rayon icra başçıları camaatı qul kimi işlədir. Bakıdan rayonlara gəlmiş kuratorlar da gözdən pərdə asmaqla məşğuldular. İcra başçılarından 300-400 dollar alıb yeyib-içim gedirlər. Camaat şikayyət etməyə yer tapa bilmir. Buna görə də biz rayonlarda işlərimizi gücləndirməkdəyik. Məni də ölümlə hədələyən şəxslərə demək istəyirəm ki, Allah verən canı elə Allahın özü alır, mən heç kimdən çəkinmirəm. Faəliyyətim bundan sonra da davam edəcək.”


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR