18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AFFA-da saçyoldu: işçilər əlbəyaxa oldu, təcili yardım gəldi — TƏFƏRRÜAT
Təxminən bir həftə öncə AFFA-nın inzibati binasında böyük qalmaqal yaşanıb.
Emtv.az-ın ölkə.az-a istinadən məlumatına görə, qurumun iki xanım əməkdaşının mübahisəsi sonda saçyolduya çevrilib. Qeyd olunur ki, dava edən tərəflərdən biri qurumda baş katib Elxan Məmmədovun yaxın dostu və adamı kimi tanınan Xanım adlı şəxsin bacısı olan Sevinc adlı qadındır.
Qeyd edilir ki, sözügedən bacılar məhz Elxan Məmmədovla dostluqlarının hesabına lüks mənzillərdə yaşayır, dünyanın ən bahalı istirahət mərkəzlərində dincəlirlər.
Hadisəyə gəlincə, bir həftə öncə səhər saatlarında Sevinc iş otağında yüksək səslə musiqi dinləyirmiş. Bu zaman işə yeni qəbul olunan bir xanım (adını dəqiqləşdirməyə çalışırıq-red.) bu barədə ona iradını bildirib. Yeni işçinin iradını təhqir kimi qəbul edən Sevinc qarşı tərəfə təhqiramiz cavablar verib. Mübahisə qarşıdurmaya, sonda isə saçyolduya çevrilib.
Qeyd edilir ki, Elxan Məmmədovun dostu olan Xanım adlı qadın da yeni işçiyə hücum edib.
Sevincin halı pisləşib və AFFA-nın inzibati binasına təcili tibbi yardım çağırılıb və o xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin normal olduğu deyilir.
Maraqlısı odur ki, hadisə Elxan Məmmədovun iş otağıyla qonşuluqdakı otaqda baş verib və saçyoldu vaxtı baş katib də otaqdaymış. Davadan sonra Xanım yeni işçini işdən qovdurmaqla hədələyib:
"Elxançikə deyəcəm, səni buradan iti qovan kimi qovsun".
Emtv.az