18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Narkotik bitkilər becərən ata, oğul və qızı tutulub – FOTOLAR
Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb.
Emtv.az-ın report-a istinadən məlumatına görə, Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.
Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.
Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Ötən gün isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədi ilə Qaxa gətirib. Polis əməkdaşları onları narkotik bitkilərə qulluq edərkən saxlayıblar.
Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.