18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tramp Sarkisyanla görüşəcək: Erməni prezident Ağ Evə niyə çağırılır?
“ABŞ və Ermənistan diplomatları hər iki ölkənin dövlət başçılarının görüşünün keçirilməsini müzakirə edir. Görüşün tarixi ABŞ və Ermənistanın xarici işlər nazirlərinin görüşündən sonra məlum olacaq”.
Emtv.az-ın məlumatına görə, bu açıqlamanı “Sputnik”in İrəvan redaksiyasına ABŞ-ın Ermənistandakı səfiri Qriqor Ovannisyan verib.
“Əlbəttə, hansısa mərhələdə dövlət başçılarının görüşünü təşkil etmək lazım idi. Ermənistanda proseslər gedir. Biz parlamentli respublikaya çevrilirik. Bizim ABŞ-dan olan həmkarlarımız, ölkə rəhbərliyi bu barədə ən yüksək səviyyədə məlumatlandırılmalıdır”,-səfir belə deyib.
Ovannisyan ABŞ-ın dövlət katibi ilə Ermənistanın xarici işlər nazirinin görüşünə hazırlıq görüldüyünü bildirib: “Gündəliyi hazırlayacağıq. Yəqin ki, bundan sonra prezidentlər səviyyəsində görüşə hazırlıq görüləcək. Mən istərdim ki, görüşün gündəliyi nazirlərin razılaşdırdığı kimi olsun”.
Ovannisyan Tillersonla Nalbandyanın görüş vaxtının hələ müəyyənləşmədiyini vurğulayıb.
Emtv.az