18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu dövlət qurumunun səlahiyyətləri azaldıldı- FƏRMAN
Prezidentin imzaladığı fərmana əsasən, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən addımlar atılmamışdan öncə bu tədbirlər dövlət başçısı ilə razılaşdırılmalıdır
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 449) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3.4-cü yarımbəndə "istisna olmaqla," sözlərindən sonra "bu Nizamnamənin 7.1-ci bəndinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin;
1.2. 5.3.12-ci, 5.3.13-cü və 5.3.19-cu yarımbəndlərdə "Palatanın" sözü "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın" sözləri ilə əvəz edilsin;
1.3. 5.3.20-ci yarımbəndə "hallarda" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla," sözləri əlavə edilsin; 1.4. 5.3.23-cü yarımbənddə "Palatanın" sözü "Baş icraçı direktorun və İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan, Palatanın" sözləri ilə əvəz edilsin;
1.5. 7.2.1-ci yarımbəndə "Direktorlar Şurasının" sözlərindən sonra "barəsində qərar verilməsi Direktorlar Şurasının səlahiyyətlərinə aid olan" sözləri əlavə edilsin;
1.6. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"9.1. Direktorlar Şurasının qərarlarını, normativ xarakterli aktlarını və öz səlahiyyətləri daxilində digər sənədləri Direktorlar Şurasının sədri, sədr olmadıqda isə sədrin müavini imzalayır.";
1.7. 9.2-ci və 9.3-cü bəndlər ləğv edilsin; 1.8. 9.4-cü bənddə "və İdarə Heyətinin müvafiq üzvü" sözləri çıxarılsın;
1.9. 13-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin: "Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Emtv.az