18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Zəfəran hospital”a məxsus ambulans qəza törədib – Xəsarət alanlar var (FOTO)
Bakıda “Zəfəran hospital”a məxsus, “Volkswagen” markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.
Emtv.az report-a istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xosyski küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, ambulans sayrışan işıqları yandıraraq işıqforun qırmızı işığında yolu keçib. Bu zaman Əhməd Rəcəbli küçəsində, işıqforun yaşıl işığında hərəkətdə olan “Daewoo” markalı avtomobil təcili yardım maşınına çırpılıb. Nəticədə ambulans aşıb. Eyni zamanda Fətəli Xan Xoyski küçəsində hərəkətdə olan, 67 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu da aşmış vəziyyətdə olan ambulansa çırpılıb.
Hadisə zamanı ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu ilə yanaşı, sərnişin avtobusunda olan daha 2 sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.