SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

23-06-2017, 11:49 | Oxunub: 11 949 |

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR
Paytaxtda sərnişindaşımanın tələblərinə cavab verməyən daşıyıcılar kənarlaşdırılır.

Emtv.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) metbuat.az-a verilən məlumata görə, son bir həftədə keçirilən monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.

213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 DQN-lı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib.

Eyni zamanda, 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 DQN-lı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə YDM-ə daxil olduğu üçün sürücünün izahatı alınıb və xəbərdarlıq edilib. Məlumat üçün qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yararsız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yolvermə hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.


Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.


Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR

Bakıda bir neçə marşurut - XƏTDƏN KƏNARLAŞDIRILDI / FOTOLAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR