SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

400 minlik toyu ilə gündəmə gələn Aysel "Lider"də aparıcılıq edəcək? - açıqlama

22-06-2017, 13:51 | Oxunub: 7 400 |

400 minlik toyu ilə gündəmə gələn Aysel "Lider"də aparıcılıq edəcək? - açıqlama
Bir müddət əvvəl 400 minlik toyu ilə gündəmə gələn Aysel Şükürova İnstaqram səhifəsində aparıcılıq edəcəyi haqda status yazıb.

Emtv.az-ın məlumatına görə, Aysel bildirib ki, bu onun çoxdankı arzusu olub:

“Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən bloqqerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra açdım və yalnız dostlarım üçün etdim. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir. Mənə başqa ölkələrdən də yazırlar.
Artıq telekanalda aparıcı kimi özümü sınayacam. Bloqqer kimi çalışdığım müddətdə sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var, İnşallah, bilirəm ki, o da olacaq".


A.Şükürovanın "Lider" telekanalında aparıcı kimi çalışacağı xəbəri yayılıb.

“Lider” telekanalının direktor müavini Lamiyyə Ələkbərqızı məsələyə münasibət bildirib. O, əməkdaşımızla söhbətində deyib ki, belə bir hadisədən xəbərsizdirlər:

“Mən “Lider” telekanalının direktor müavini olaraq belə bir haldan xəbərsizəm. Heç telekanalımızın rəhbərinin də bu haqda məlumatı yoxdur. Bir çox prodakşnlarla danışıqlar aparır, layihələrlə bağlı planlar qururuq. Hansısa bir prodakşn bizə təklif gətirəndə onun aparıcısı haqda məlumat alırıq. Aparıcı bizim kanalın formatına uyğun olmalıdır. Bizə Aysel adlı xanımla bağlı təklif gəlməyib”.

L.Ələkbərqızı "Bəs təklif gəlsə, cavabınız nə olar" sualına belə reaksiya verib:

“Bunu sonra düşünəcəyik. Amma biz aparıcı seçəndə onun incəsənət sahəsindən olmasına, incəsənəti bitirməsinə, danışıq qabiliyyətinə, savadına, məktəb keçməsinə, səs tembrinə fikir veririk. Aparıcılarımız tanınmış olmalıdırlar”.

Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürova Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızıdr. Onun 400 minlik toyla gündəmə gəlməsi atasının işinə də bir çox problemlər yaratmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR