SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Avro-2017: Boksçumuz yarımfinala yüksəldi

22-06-2017, 13:47 | Oxunub: 6 690 |

Avro-2017: Boksçumuz yarımfinala yüksəldi
Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mateuş Polski (Polşa) ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub. Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib – 0:3. 1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR