SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu

20-06-2017, 11:08 | Oxunub: 6 169 |

MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu
Bundan əvvəl keçmiş nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin yeni mülkiyyətçisinin adı açıqlanıb. Emtv.az xəbər verir ki, avtovağzal kompleksinin fəaliyyətini kurasiya edən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin “Azadlıq” radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi “Azerbaijan Graund Services” MMC şirkətidir. Başqa sözlə, avtovağzal kompleksi özəl mülkiyyətdir və həmin MMC-yə məxsusdur.


Nzirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır. “Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda belə yazılıb.

MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu

Avtovağzal kompleksinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilməsi haqda virtualaz.org bundan əvvəl məlumat yaymışdı. Daha əvvəl isə obyekt Prezidentin İşlər İdarəsinin müvəqqəti nəzarətinə verilmişdi. Lakin kompleksin yeni mülkiyyətçisi açıqlanmamışdı.

Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən “Baku XXI Əsr” MMC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı. Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.
MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu

Lakin məmmədovlar klanının vurulmasından sonra onlara məxsus digər biznes aktivləri kimi avtovağzalın da mülkiyyətçisinin dəyişdiyi haqda xəbərlər dolaşmağa başladı. Bəs yeni mülkiyyətçi kim idi?

İndi avtovağzalı kurasiya edən nazirlik bu mülkiyyətçinin adını açıqlayır. Lakin “Azerbaijan Graund Services” şirkətinin özünün mülkiyyətçisi kimdir, bu məlum deyil.
MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu
Bu şirkətin internet saytında göstərilir ki, “Azerbajan Graund Services” 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: “Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.
“Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa “Azerbaijan Ground Services” MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq “Bakı-Batumi” reysini həyata keçirməyə başlayıb”.
MƏMMƏDOVLARIN 80 MİLYONLUQ MÜLKÜNÜN YENİ SAHİBİ AÇIQLANDI - Nazirliyin məktubu

Şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub. İndi isə belə görünür ki, Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı həmin avtovağzallar da məmmədovlardan alınıb, yeni mülkiyyətçiyə keçib.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR